image-2000x150px
image-123
image-ads_atlas
image-1663245380_f0eba2f7-3a70-3829-a971-85e95291890a_850backend

Son sutkada koronavirusa yoluxanların atatistikası: 3 nəfər öldü

image-728x90px

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Doğru.Az“-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 818 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 918 aktiv xəstə var. Bu günə qədər 9 876 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 388, bu günə qədər isə ümumilikdə 7 206 805 test icra olunub.

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 385 vaksin vurulub.

Bununla da ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 878 480-nə çatıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki