image-2000x150px
image-123
image-ads_atlas
image-252890_947qp3dam5backend

Şuşada 37 il öncə çəkilən fotonu təkrarladılar

image-728x90px

Şuşada 37 il öncə çəkilən foto təkrarlanıb. 

Doğru.az xəbər verir ki, 1985-ci ildə, Şuşanın işğalından öncə görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəlinin fonunda çəkilən foto illər sonra yenidən, Şuşa işğaldan azad olunduqdan sonra canlandırılıb.

Fotoqraf Elnur Abdullanın lentə aldığı foto sosial şəbəkə izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Ü.Hacıbəyovun heykəli 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən tamamilə dağıdılmışdı.

2021-ci il avqustun 29-da Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəlinin açılışı olub. Heydər Əliyev Fondu tərəfindən Bakı emalatxanasında hazırlanan abidə 1985-ci ildə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılıb.

Heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanıb./axşam.az

image-316006165_1454179568326339_2608552296440423015_n image-fhfhfh

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki