image-n1karobka_ads
image-123
image-1720509892383523312_1200x630backend

Şuşadakı Dövlət Xidmətləri Mərkəzində 56 nəfər işlə təmin ediləcək – FOTO

image-ad_qayo_720x110px

İşğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin layiqli yaşayış şəraitinin təmin edilməsi üçün sistemli tədbirlər həyata keçirilir. Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin istifadəyə verilməsi bu istiqamətdə atılan növbəti addım olmaqla, dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasına xidmət edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə ötən ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb.

Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərəcək. Burada fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti üzrə işlə təmin edilməsi nəzərdə tutulur. Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilib.

Qeyd edək ki, əsaslı təmir olunan Dövlət Xidmətləri Mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə iyulun 5-də açılıb.

DOĞRU.AZ

image-172050989228877959_1200x630 image-17205098924168065048_1200x630 image-17205098928916242_1200x630 image-17205098923654910009_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki