image-2000x150px
image-123
image-ads_atlas
image-17188707072848862091_1200x630backend

Taxıl sahələrinin 30 faizində biçin yekunlaşıb – FOTO

image-728x90px

Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahdan Doğru.az -a bildirilib ki, iyunun 20-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Mexanizatorlar tərəfindən 303 min 549 hektar sahədə biçin aparılıb, sahələrdən, ümumilikdə, 920 min 344 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir.

Ölkə üzrə arpa əkini sahələrinin 58,7 faizində, buğda sahələrinin 9,2 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sentnerdir.

İyunun 20-də biçin prosesinə 1572 kombayn cəlb olunub, bunlardan 626-sı “Aqroservis” ASC-nin, 946 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ümumilikdə, bu mövsüm kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.

DOĞRU.AZ

image-1718870707151956219_1200x630 image-17188707073311537361_1200x630 image-17188707076126958381_1200x630 image-17188707075664636968_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki