image-2000x150px
image-123
image-ads_atlas
image-taxta-620x403backend

Taxta qiymətləri artacaq?

image-728x90px

Rusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır.

Belə ki, ölkəmiz Rusiyadan ən çox idxal etdiyi şam ağacının hər kubmetrini 2019-cu ildə 133 ABŞ dollarına (226 manat), 2020-ci ildə 117 dollara (199 manat), 2021-ci ildə 135 dollara (230 manat), 2022-ci ildə isə 203 dollara (345 manat) almışdı. 2023-cü ildə isə bu rəqəm artıq 213 dolları (362 manat) ötüb. Qiymətlər bu material üzrə son bir ildə 5 faiz artdığı halda, pandemiyadan əvvəlki dövrlə müqayisədə 60-70% daha bahadır.

Bəs, idxal qiymətlərinin artması daxili bazara necə təsir edəcək?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan daşınmaz əmlak sektoru üzrə ekspert Ramil Qasımzadə hazırda daxili bazarda taxtanın qiymətinin sabit olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, hazırda heç bir bahalaşma müşahidə olunmur:

“Belə ki, bir kubmetr taxta materialının qiyməti 250 manata qədərdir. Ən keyfiyyətli, döşəmə üçün nəzərdə tutulan materiallar isə 280 manatdan baha deyil. Preslənmiş taxta materialının da qiyməti sabitdir və 22-24 manat arasında dəyişir. Qış aylarında isə taxta materiallarına tələbat aşağı düşdüyü üçün qiymət artımı olmur. Buna görə də bazarda dəyəri 230 manata qədər düşə bilir.

Yuxarıdakı göstəricilər də ola bilsin ki, orta qiymət nisbətində də götürülüb. Ona görə ki, müəyyən dövrlərdə bazarda qıtlıq olanda materialların qiymətində artım baş verə bilir”.

Müsahibimin fikrincə, yaxın vaxtlarda taxta qiymətlərində bahalaşmanı müşahidə edə biləcəyik:

“Əvvəllər də belə olub. Rusiyadan idxal olunan materiallarda müəyyən qiymət dəyişiklikləri baş verib. İndi də belə olacaq. Bununla belə, bəzi hallarda sahibkarlar tələb və təkliflərdən asılı olaraq tənzimləmələrə gediblər. Belə ki, təklif çox olan zaman ucuzlaşma, tələb çox olduqda isə bahalaşma baş verib”.

Bəs, Rusiyadan gələn taxta məhsullarının qiyməti niyə bahalaşıb?

“Bəzi dövrlərdə bu ölkənin gömrük tariflərində müəyyən qiymət dəyişiklikləri baş verir. Son vaxtlar kütləvi sanksiyalar tətbiq edildiyi üçün ixrac həyata keçirdiyi ölkələrə gömrük güzəştləri etməyə məcbur olub. Çünki həmin ölkələrin çoxu sanksiyalara görə idxal və ixracı dayandırıb ki, onların da əksəriyyəti Avropa ölkələrdir.

Eyni zamanda, Qərb şirkətlərinin çoxu Rusiya bazarını tərk etdiyi üçün böyük bir boşluq yaranıb. Ancaq son vaxtlar əksəriyyətinin müxtəlif brendlər adı ilə geri qayıtması ilə bağlı məlumatlar dolaşmaqdadır. İkinci səbəb rublun möhkəmlənməsi və qorunması üçün atılan addımlarla bağlı ola bilər”, – ekspert qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki