image-n1karobka_ads
image-123
image-a56bf196f31e3218174d44bf095e6105backend

Tehran nüvə silahı istehsal etmək üçün texniki imkanları açıqlayıb

İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi “Al Mayadeen” telekanalına müsahibəsində Tehranın nüvə silahı istehsal etmək üçün texniki imkanlara malik olduğunu bildirib.

O, İranın müharibəyə hazır olduğunu, lakin eskalasiyanı istəmədiyini vurğulayıb.

“Hazırda hər şey israillilərdən asılıdır: əgər onlar düşmənçilik hərəkətlərini davam etdirmək qərarına gəlsələr, İran da buna uyğun cavab verəcək”, – deyə siyasətçi vurğulayıb.

Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını , lakin Tehranın Qərb dövlətləri tərəfindən təhdid edildiyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki