image-ads_n1karobka_mobile
image-2594038backend

Təmir sexində “Mercedes” markalı mikroavtobus yanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 500 m² olan bir dam altında tikilən 7 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları 18 m² sahədə və içərisində təmirə dayanan “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.

Bu barədə “Doğru.az”-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki