Məşhur teleaparıcı Tarix Əliyevin (Tolik) səhhətində qəfil problem yaranıb.
Doğru.az xəbər verir ki, gün ərzində canlı yayım zamanı özünü narahat hiss edən aparıcının vəziyyəti axşam saatlarında daha da ağırlaşıb. Müayinələr zamanı onun arterial təzyiqinin kəskin yüksəldiyi, həmçinin saturasiya (qanda oksigen) göstəricilərinin kritik həddə olduğu müəyyən edilib.
Həkimlər vəziyyətin ciddiliyini nəzərə alaraq Tolikin stasionar müalicə almasını vacib sayıb. Ona səhhəti tam bərpa olunana qədər iş fəaliyyətini dayandırmaq və gərginlikdən uzaq durmaq tövsiyə edilib.
DOĞRU.AZ




























