image-n1karobka_ads
image-123
image-snimok-ekrana-2023-10-20-v-11-24-pic_32ratio_900x600-900x600-69187backend

Toyota Yaponiyadakı bütün fabriklərdə fəaliyyətini bərpa edib

 Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” ölkədəki bütün istehsal xətlərinin fəaliyyətini bərpa edib.

Hazırda avtomobil istehsalçısının ölkə daxilindəki 14 yığma zavodunun hamısı tam şəkildə fəaliyyət göstərir.

Onlardan bəziləri ötən il Daihatsu-nun törəmə şirkəti ilə qəza-test nəticələrini saxtalaşdıran və avtomobilin istismarının təhlükəsizliyinə təsir edən bir sıra digər pozuntulara yol verən qalmaqal səbəbindən işlərini dayandırmağa məcbur olublar. Ümumilikdə onlarla modeli əhatə edən 170-dən çox qayda pozuntusu müəyyən edilib.
Qalmaqal nəticəsində Toyota brendi ilə satılan Probox, Town Ace, Roomy və Pixis modelləri də daxil olmaqla, bütün Daihatsu avtomobillərinin istehsalı dayandırılıb. Yaponiyada altı istehsal xətti də bağlanıb.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki