Türkiyənin “Trabzonspr” klubu yeni mövsümə hazırlıqlarını davam etdirir.
Doğru.az Türkiyənin “sporx” saytına istinadən xəbər verir ki, “Qaradeniz Fırtınası” heyətinə yeni oyunçu qatmağı planlayır.
“Trabzonspor” Cənubi Afrikanın “Sundovns” klubunda forma geyinən, hal-hazırda Klublar arası Dünya Çempionatında diqqətləri öz üzərinə çəkməyi bacaran Lukas Riberyo Kostanı heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Cənubi Afrika Liqasında cari mövsümdə 51 oyunda forma geyinən Kosta 16 qolla bombardirlər cədvəlinin lideri kimi tamamlayıb mövsümü. Bazar qiyməti 2.8 milyon olan Kosta 2028-ci ilə qədər “Sundovns” klubuna məxsusdur.
DOĞRU.AZ