ABŞ prezidenti Donald Tramp deyib ki, ABŞ İranla “yaxşı danışıqlar aparır”.
O, Ağ Evdə jurnalistlərə deyib: “Biz İranla çox yaxşı danışıqlar aparırıq. Bunun bir məna kəsb edib-etmədiyini görəcəyik, amma yaxşı danışıqlar aparırıq”.
Bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Tehranın uranı zənginləşdirmək hüququndan əl çəkməyəcəyini bildirmişdi.
“The New York Times” yazır ki, Vaşinqton Tehranla nüvə proqramı ilə bağlı razılığa gəlsə belə, İsrailin baş naziri Benyamin Netanyahu İrana hücuma icazə verə bilər.
DOĞRU.AZ