ABŞ-ın keçmiş prezidenti Donald Tramp martın 3-də iş adamı və milyarder İlon Maskla görüşüb.
Doğru.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Onların görüşünün təfərrüatları təqdim edilməyib, lakin agentlik bunun Trampın “pul aclığı ilə üzləşmiş siyasi əməliyyatını” maliyyələşdirmək üçün donorları cəlb etməyə çalışdığı bir vaxtda baş verdiyini vurğulayıb.
Onların söhbəti barədə daha əvvəl New York Times yazıb. Mask keçmiş prezidentlə görüşən bir qrup potensial donor arasında idi.
X sosial şəbəkəsinin sahibinin sərvətini 192 milyard dollar qiymətləndirən Bloomberg vurğulayır ki, milyarderin Tramp kampaniyasına töhfə vermək qərarına gəlib-gəlmədiyi bəlli deyil.
DOĞRU.AZ