image-n1karobka_ads
image-123
image-695db04702e8bd7aa0562fb9backend

Tramp Venesuela nefti ilə bağlı sensasion açıqlama verdi

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-a 30 milyon ilə 50 milyon barel arasında yüksək keyfiyyətli neft köçürəcəyini bildirib.

Doğru.az xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib. Onun sözlərinə görə, sözügedən neft bazar qiymətinə satılacaq və əldə edilən gəlir gələcəkdə “Venesuela və ABŞ xalqlarının rifahı naminə” şəxsən özü tərəfindən idarə olunacaq.

ABŞ prezidenti qeyd edib: “Energetika naziri Kris Rayta bu planın dərhal icra olunması ilə bağlı tapşırıq vermişəm. Neft gəmilərlə saxlama obyektlərinə çatdırılacaq və birbaşa ABŞ-da boşaldılacaq”.

Qeyd edək ki, daha əvvəl “Politico” nəşri ABŞ-ın Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesdən digər ölkələrə neft satışını dayandırmağı tələb etdiyini yazmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki