image-n1karobka_ads
image-123
image-img-20240516-wa0097backend

Tünzalə Ağayeva 23 il sonra – FOTO/VİDEO

Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini sevənlərinin ixtiyarına verib. O, illər sonra “Gözlərim” mahnısını tam yeni formatda təqdim edib. 

Doğru.az xəbər verir ki, pop ulduzun yeni layihəsində bəstəkar Camal Qurbanov və gənc müğənni İsmayıl Əliyev də yer alıb. Sənətçilər “Gözlərim” üçün kamera qarşısına keçib klip də çəkdiriblər.

Qeyd edək ki, mahnının sözləri Əbülfət İslama, musiqisi isə Xalq artistinin özünə məxsusdur. Klipin art direktoru Röyal Səfərov. Layihənin ideya müəllifi Camal Qurbanov, prodüseri isə Yalçın Cabbarovdur.

Onu da vurğulayaq ki, “Gözlərim” mahnısı “Tik-tok”da trendədir.

DOĞRU.AZ

image-img-20240516-wa0097 image-img-20240516-wa0096

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki