image-2000x150px
image-123
image-ads_atlas
image-tural-semkirbackend

​Tural Zeynalova polis idarəsində işgəncə verilib? – Qardaşından ŞOK İDDİA

image-728x90px

Xəbər verdiyimiz kimi, iyun ayının 23-də Şəmkir rayon sakini, iş adamı – xeyriyyəçi Tural Zeynalov atasına məxsus restoranda ölkə ərazisində tətbiq olunan karantin qaydalarını pozduğuna görə RPŞ tərəfindən saxlanılıb. Rayon məkməsinin qərarı ilə Tural Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilən hadisə Şəmkirdə ciddi narazılığa səbəb olub. T. Zeynalovun yaxınlarının iddiasına görə, Rayon Polis İdarəsinin əməkdaşları T. Zeynalov və daha 7 nəfəri idarəyə apararkən onlara güc tətbiq edib.

Məsələ ilə bağlı Azadinfo.az-a açıqlama verən T. Zeynalovun qardaşı Vüsal Zeynalov hadisə zamanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin rəisi Vüqar Qarayevin atası Allahverdi Zeynalova da xəsarət yetirdiyini bildirib:

“V. Qarayev atamı itələyərək yerə yıxıb. Atam hazırda müalicə alır. Atam yaşlı və xərçəng xəstəsidir. O yaşda adama qarşı polis əməkdaşı necə elə hərəkət edə bilər? Onu da bildirim ki, təkcə atama güc tətbiq edilməyib, həmçinin, restoranda olan digər şəxslərə qarşı qaz balonundan  istifadə edilib.

O ki qaldı Turalın polisə əl-qol atmasına, qeyd edim ki, qardaşımın dava etdiyi Vüqar Qarayev restorana mülki geyimdə gəlmişdi. Tural gördü ki, o, atamı itələyib, yerə yıxdı, əsəbləşib ona əl-qol atdı. Tural hardan bilərdi ki, o polisdir? Videodan da görünür ki, qardaşım polis geyimində olanlara əlini belə vurmur. Amma qardaşımı İdarəyə aparandan sonra Vüqar Qarayev onu öz otağına çağırtdırıb güc tətbiq edib və nəticədə Turalın burnu sınıb. Ona digər ağır işgəncələr də verilib. Ombudsman aparatının işçiləri də işgəncə verilməsi faktlarını görüb”.

Zeynalov toy məsələsinə də aydınlıq gətirib:

“Həmin günü II Qarabağ müharibəsinin iştirakçısı Məmmədov Abbasəlinin atası Ali Məmmədov restorana gəldi və oğlunun qız qaçırdığını, buna görə də kiçik bir qonaqlıq etmək istədiyini bildirdi. Polisin toy dediyi budur. Amma məhkəmədə də təsdiq olundu ki, restoranda toy keçirilməyib. Sadəcə 25-30 nəfər gəlib restoranda ayrı-ayrı masalarda oturub, qazinin nigahını qeyd edib. Əgər toy keçirilsəydi məhkəmə həmin şəxsləri də cərimə edərdi. Amma heç biri cərimə olunmayıb.

Təsəvvür edin, ölkə başçısı Cənab İlham Əliyevin medal verdiyi II Qarabağ müharibəsinin iştirakçısı Məmmədov Abbasəlini heç bir səbəb olmadan idarəyə aparıb, 2 gün saxladılar. Lakin polisin bu qədər qanunsuz əməllərinə baxmayaraq, onlar barəsində heç bir tədbir görülmədi. Turala polisə əl qaldırdığı üçün 3 ay iş verirlərsə, bəs qardaşıma və atama qarşı zorakılıq edən Vüqar Qarayev, bütün bunlara göz yuman İdarə rəsi Elnur Həsənov niyə cəzasız qalır?

Mən qardaşıma, ümumilikdə ailəmizə qarşı edilən bu haqsızlığa görə, ölkə başçısı cənab İlham Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edirəm, xahiş edirəm bu məsələ ciddi araşdırılsın. Qardaşıma qarşı edilən bu haqsızlıq cəzasız qalmasın. Mən Dövlətimə, onun başçısına, nazir Vilayət Eyvazova inanıram. Əminəm ki, onlar vətəndaşa bu formada davrananları cəzasız qoymayacaq”.

Onu da bildirək ki, bir müddət əvvəl Şəmkir rayonu Dəllər-Cəyir kənd sakin 92 yaşlı Məmməd Hüseynov karantin qaydalarını pozduğuna görə RPŞ-yə aparıldığını, orada Cinayət Axtarış Bölməsinin rəisi Vüqar Qarayev tərəfindən zorakılığa məruz qaldığını bildirmişdi.

Şəmkir rayon Polis İdarəsi ilə bağlı şikayətlər bununla da bitmir. Son günlər saytımıza RPŞ ilə bağlı çoxlu sayda belə şikayətlər daxil olub. Xüsusilə şikayətlər İdarə rəisi Elnur Həsənov və Cinayət Axtarış Bölməsinin rəisi Vüqar Qarayev haqqındadır. Şikayətçilər polis əməkdaşlarının onlara zoraklıq etdiyini bildirir.

Səslənən iddialarla bağlı DİN-nin açıqlamasını dərc etməyə hazırıq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki