image-n1karobka_ads
image-123
image-ocjbyl8xjehbtycinkuk8siff75q1xbx09poragq_1200backend

Türkiyə səfiri: Gələcəyimiz ailə üzərində qurulmalıdır

Bakıda keçirilən “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktiki konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri, professor Birol Akgün ailə institutunun cəmiyyət üçün əvəzolunmaz rolundan danışıb.

Doğru.az xəbər verir ki, səfir müasir dövrdə texnologiyanın, şəhərləşmənin və təhsilin inkişafının cəmiyyətə yeni imkanlar yaratdığını, lakin bununla yanaşı ailə bağlarını zəiflədən sosial-mədəni dəyişikliklərin də baş verdiyini qeyd edib.

“Geniş ailə modelinin sıradan çıxması, doğum səviyyəsinin azalması, ailə həyatının çətinləşməsi artıq qlobal bir tendensiyadır. Bu, demoqrafik sabitliyə ciddi təhdid yaradır”, – deyə Birol Akgün bildirib.

O, Türkiyədə 2025-ci ilin Prezidentin təşəbbüsü ilə “Ailə ili” elan olunduğunu xatırladaraq, bu təşəbbüsün həm regionda, həm də Azərbaycanda ailə institutuna diqqəti artırdığını vurğulayıb.

“Pandemiya dövrü bizə göstərdi ki, insanın sığınacağı, sabit dayağı məhz ailədir. Gəncləri yalnız biliklə deyil, eyni zamanda ailə dəyərləri ilə böyütmək gələcəyimizin təməlidir. Bu, milli və insani baxımdan strateji məsələdir”, – deyə səfir əlavə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki