Türkiyədə bir sıra tanınmış müğənni və aktyorlar hüquq-mühafizə orqanlarının narkotiklərlə bağlı keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
Doğru.az xəbər verir ki, Halk TV kanalının məlumatına görə, əməliyyat çərçivəsində məşhur sənətçilər — Hadisə, Dilan və Engin Polat, Simge Sağın, Demet Evgar və aktyor Kubilay Aka saxlanılıb.
Məlumata əsasən, saxlanılan şəxslər qan analizindən keçiriləcəklər. Hazırda iş üzrə həm qadağan olunmuş maddələrin istifadəsi, həm də qaçaqmalçılıq ehtimalları araşdırılır.
Rəsmi qurumlar hadisə ilə bağlı hələlik geniş açıqlama verməyiblər.
DOĞRU.AZ