image-n1karobka_ads
image-123
image-694c0d4302e8bd2c953cea47backend

Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutusu üçüncü ölkədə yoxlanılacaq

image-ad_qayo_720x110px

Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraoğlu bildirib ki, göyərtəsində Liviya nümayəndə heyətinin olduğu və dekabrın 23-də Türkiyədə qəzaya uğrayan Falcon 50 təyyarəsinin qara qutusu üçüncü ölkədə deşifrə olunacaq.

Doğru.az xəbər verir ki, RİA Novosti nazirin sözlərinə istinadla məlumat yayıb. Əbdülqadir Uraoğlu qeyd edib: “İlkin hesabat üzərində işlərə başlanılıb. İlkin araşdırmadan sonra təyyarə qəzasının səbəbini müəyyən etmək üçün uçuş məlumatları qeyd cihazları (FDR) və CVR neytral ölkədə yoxlanılacaq”.

Qəza Ankara yaxınlığında baş verib və partlayışın videosu tezliklə internetdə yayımlanıb. Daha sonra Liviya Milli Birlik Hökumətinin rəhbəri Əbdülhəmid Dbeybah Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın qəza zamanı həlak olduğunu rəsmi olaraq təsdiqləyib.

Qeyd olunub ki, təyyarənin qara qutusu artıq ölkədə tapılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki