image-n1karobka_ads
image-123
image-dsc08838backend

Türkiyənin dizayn nəhəngləri Bakıda: Forum öncəsi ilk addım atıldı

Memarlıq və dizayn dünyası mayın 30-da Bakıda unikal bir tədbirə şahidlik etməyə hazırlaşır. Bu məqsədlə Türkiyənin iki aparıcı şirkəti – keramik məhsullar üzrə ixtisaslaşmış Seranit və müasir ofis mebelləri sahəsində tanınan Zivella – “InVision Design Talks & Visionary Design” forumuna hazırlıq çərçivəsində paytaxtda mətbuat nümayəndələri ilə görüş keçirib.

Forumdan əvvəl baş tutan səhər yeməyi formatında keçirilən görüşdə təşkilatçılar jurnalistlərlə bir araya gələrək qarşıdan gələn tədbirin detalları barədə məlumat veriblər. Bildirilib ki, forum təkcə dizayn sahəsindəki yeniliklərin təqdim olunacağı bir məkan deyil, həm də memarlıq, şəhərsalma və sənaye dizaynı üzrə fikir liderlərinin toplaşdığı bir platforma olacaq.

Tədbirə yerli və xarici dizaynerlərlə yanaşı, gənc memarlar, sahə mütəxəssisləri və sənaye təmsilçiləri də dəvət olunub. Məqsəd – şəhərlərin və məkanların daha funksional, estetik və dayanıqlı şəkildə formalaşmasına dair yeni baxışların müzakirəsidir.

Forumun təşkilatçıları bildiriblər ki, bu təşəbbüs, Azərbaycan ilə Türkiyə arasında memarlıq və dizayn sahəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, regionda dizayn mədəniyyətinin yüksəlməsinə də xidmət edəcək.

Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdirərək görüşü rəsmi şəkildə yekunlaşdırıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki