Türkiyənin Ziraat bankı rublla hesab açmır, imtinanın səbəbi açıqlanmır.
Bu barədə RİA Novosti bankın Ankaradakı filialında məlumat yayıb.
Qeyd olunur ki, rubl bank hesablarının açılması ilə bağlı şikayətlər iyun ayından daxil olmağa başlayıb.
“Hazırda rublla hesablar açılmır”, – Ankaradakı bank nümayəndələri bildiriblər.
Daha əvvəl bildirilmişdi ki, rusiyalı turistlər Türkiyədə xidmət haqqını ödəməkdə problem yaşayırlar.
DOĞRU.AZ