image-n1karobka_ads
image-123
image-16-pic_32ratio_900x600-900x600-21116backend

Twitter-in keçmiş top-menecerləri məhkəmə yolu ilə Maskdan 128 milyon dollar işdən çıxma təzminatı tələb ediblər

Twitter-in (indiki X Corp.) keçmiş top-menecerləri onun sahibi, multimilyarder İlon Maska qarşı 128 milyon dollarlıq iddia qaldırıblar.

Bu barədə Kaliforniya Dairə Məhkəməsinin dərc olunmuş sənədlərinə istinadən xəbər verir.

İddiaçılar bildiriblər ki, Musk onları səhlənkarlıq və yanlış davranışda ittiham edərək qanunsuz olaraq işdən çıxarıb. Sahibkar bu bəhanə ilə işdən çıxarılan top-menecerləri heç bir işdən çıxma haqqı almadan qoyub.

Maska qarşı iddianı Twitter-in keçmiş icraçı direktoru Paraq Aqraval, keçmiş baş maliyyə direktoru Ned Seqal, keçmiş baş məsləhətçi Vicaya Qadde və keçmiş baş məsləhətçi Sean Edgett qaldırıb.

Əvvəllər bildirilmişdi ki, İlon Mask yanvarda milyarderə rekord məbləğdə 56 milyard dollar təzminat paketinin ödənilməsinə etiraz etməyi bacaran Tesla-nın səhmdarı Riçard Tornettin vəkillərindən cinayət haqqı tələb edib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki