image-ads_n1karobka_mobile
image-66ed6a7002e8bd42b605d3a4backend

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində məktəb ərazisinə hücum edib

Ukrayna qoşunları PUA-dan istifadə edərək Zaporojye vilayətinin Kamenka-Dneprovskaya ərazisinə hücum edib.

Bu barədə TASS Kamensko-Dneprovski bələdiyyə dairəsinin administrasiyasına istinadən yazır.

“Təxminən saat 13:00 radələrində kamikadze pilotsuz uçan aparat təhsil müəssisəsinin ərazisində ağaca çırpılıb”, – yerli hakimiyyət bildirib.

Hücum zamanı xəsarət alan olmayıb.

Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin PUA-ları bələdiyyə dairəsinin enerji obyektlərinə hücum edib. Kamenka-Dneprovskaya və Vodyanoye kəndinin bəzi sakinləri işıqsız qalıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Enerqodara dronlarla hücum edib.

Mənbə TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki