image-n1karobka_ads
image-123
image-175170859819241618_1200x630backend

UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbananın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Doğru.az-a bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və vətəndaş rifahının təminatı istiqamətində görülən işlər barədə məlumat verib. O, gələn il ölkəmizin ev sahibliyi edəcəyi UNESCAP-ın 82-ci sessiyasının regional və qlobal dialoqun gücləndirilməsi, sosial inklüzivliyin təşviqi və yaşlı əhalinin hüquqlarının müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.

A.S.Alişahbana Azərbaycanda sosial və iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirdiyini, bu istiqamətdə ölkəmizlə UNESCAP arasında davamlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüşdə UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub, gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-17517085981837227232_1200x630 image-17517085983942519086_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki