LUKOIL-un keçmiş rəhbəri Vaqif Ələkbərov son bir ildə dividend gəlirlərinə görə Rusiyanın ən varlı vətəndaşları reytinqinə başçılıq edir.
Doğru.az xəbər verir ki, bu barədə Forbes yazır.
Jurnalın məlumatına görə, Ələkbərov 2023-cü il üçün 177,4 milyard rubl dividend alıb.
“Gümüş” NOVATEK İdarə Heyətinin sədri Leonid Mixelsona (105 milyard rubl) verildi. Üçüncü yeri SIBUR-un ortaq sahibi Gennadi Timçenko (84,6 milyard rubl) tutub.
Əvvəllər Ələkbərov Forbes jurnalına görə ən zəngin ruslar siyahısına başçılıq edirdi.
DOĞRU.AZ