Xalq artisti Tünzalə Ağayeva ATV-də yayımlanan “Afaqla onlar” verilişində sənət aləmi ilə bağlı fikirlərini bölüşüb.
Doğru.az xəbər verir ki, sənətçi bəzi müğənnilərin sənəti reklama çevirdiyini tənqid edib:
“Əsl sənətkarlar gücü işə verməlidirlər, reklama yox. Əgər sənətdə sən bazar fikirləşirsənsə, onun adı sənət deyil, onun adı elə bazardır. Hər yerə xərclənsən səndən nə qalar? Sənət pul qəbul etmir, sənət sənəti qəbul edir. Əsl sənətkar olmaq üçün dəyərə xidmət etməlisən.”
Tünzalə Ağayeva həmçinin bəzi ifaçıların ucuz reytinq və reklam xatirinə sənətin dəyərini itirdiklərini vurğulayıb:
“Bir yerdə ki, bazar var, orada sənət, keyfiyyət udulur. Biz efirə getməmişik ki, reytinqimiz olacaq. Ziyalılar, peşəkarlar kənara çəkilməməlidir. Danışığını bilməyən aparıcı qarşısında dayanmaram, çünki bu, boş zaman itkisidir.”
DOĞRU.AZ




























