image-n1karobka_ads
image-123
image-xankendi-yeni1backend

Xankəndidə 1300 abonent təbii qazla təmin olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhərin təbii qaza olan tələbatını ödəmək üçün yenidənqurma və bərpa işləri aparılır. İnfrastrukturun yenidən qurulması istiqamətində lazımi işlər həyata keçirilir. Artıq Xankəndi şəhərində 1300 abonent təbii qazla təmin edilib və 15 sənaye obyektinə təbii qaz verilib.

Bundan əlavə, Böyük Qayıdışla əlaqədar əhalinin köçürülməsi nəzərdə tutulan Xocalının Xanyurdu və Təzəbinə kəndlərində qaz xətlərinin çəkilişləri davam edir.

Qeyd edək ki, Xankəndi şəhərində yaşayan əhali fasiləsiz olaraq içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki