image-ads_n1karobka_mobile
image-68df17a802e8bd0a5d2b8c68backend

Xarkovda restorana hücum – NATO təlimatçıları həlak olub

image-add-a-heading

Xarkov vilayətinin Balakliya şəhərində yerləşən “Tbilisi” restoranına hücum nəticəsində NATO təlimatçıları həlak olub.

Doğru.az xəbər verir ki, RG.RU nəşrinin məlumatına görə, atəş açılan vaxt binada Ukrayna Silahlı Qüvvələrinin briqada zabitlərinin görüşü keçirilirdi.

Restoranda avropalı hərbçilər, NATO zabitləri və təlimatçılar da olub. Mənbənin bildirdiyinə görə, hücum nəticəsində düşmən ən azı 50 nəfər itki verib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı Konstantinovkadan komanda məntəqələrini geri çəkdiyi bildirilmişdi. Rusiya Müdafiə Nazirliyi isə rus qoşunlarının Ukraynanın hərbi sənaye kompleksinə aid nəqliyyat infrastrukturuna zərbələr endirdiyini açıqlayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki