image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220311_105812_257backend

Xavi “Qalatasaray”ı təriflədi!

image-728x90px

“Barselona”nın baş məşqçisi Xavi “Qalatasaray”la matçı şərh edib.

Doğru.Az “Marca”ya istinadən xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Xavi deyib:

“İkinci hissədə biz oyunumuzu artırdıq. Rəqibin müdafiədəki güclü oyunu bizi təəccübləndirdi. İnyaki Penya yaxşı təsir bağışladı. Biz son oyunlardakı kimi deyildik. Onların mərkəz müdafiəçiləri fenomenal idilər və bizə qol vurmağa imkan vermədilər. Biz oyunda diktə etsək də, qol vura bilmədik. Daha yaxşı hücumlar qurmalı idik. Bu, Avropa Liqasıdır. Komandalar bura öz layiqli oyunlarına görə gəliblər”.

Avropa Liqasının 1/8 final mərhələsinin bu komandalar arasındakı “Nou-Kamp”da ilk oyun heç-heçə (0:0) yekunlaşıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki