image-2000x150px
image-123
image-ads_atlas
image-fa17dbd83cb8623backend

Xırdalana metro çəkiləcək? – RƏSMİ AÇIQLAMA

image-728x90px

“Bir sıra yerli mətbuat orqanlarında Baş plandakı məlumatlar yanlış təhrif olunub, Xırdalanda metro çəkilməsi məsələsi ilə bağlı xəbərlər reallığı əks etdirmir”.

Doğru.az xəbər verir ki, bunu “Trend”də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

Onun sözlərinə görə, Baş plan hazırlanarkən nəqliyyat məsələsi prioritet mövzu olub, şəhərin planlaşdırma strukturu məhz küçə-yol şəbəkəsi üzərində qurulur.

“Bizim də ən çox əhəmiyyət verdiyimiz məsələ bu sahə olub. Yanaşmalarda birinci istiqamət avtomobil yollarının yenidən qurulması məsələləri idi. Bakının girişlərində və şəhərin daxilində yaranan tıxacların aradan qaldırılması üçün küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi əsas vəzifələrdən biri kimi qoyulub. Yanaşma belə olub ki, Bakının küçə-yol şəbəkəsi formalaşmış sistemdir və əsaslı dəyişilə bilməz. Burada yalnız alternativ xətlər çəkməklə yüklənmiş yollarda yükü azaltmaq olar. Hərəkətin intensivliyi müşahidə olunan yollara paralel alternativ yolların planlaşdırlması ilə bağlı sistemli tədbirlər düşünülüb. Bu prosesdə aidiyyəti qurumların aktiv iştirakı ilə tədbirlər hazırlanıb və hökumətə təqdim olunub.

İkinci məsələ metro xətləri ilə bağlıdır. Hazırda 27 metro stansiyası var və 2040-ci ilə qədər bu stansiyaların sayının 46-ya çatdırılması nəzərdə tutulur. Bunun öhdəsindən gələ bilsək, şəhərin nəqliyyat məsələlərinin əhəmiyyətli bir hissəsi də metro vasitəsilə həll olunacaq.

Digər aktiv bir istiqamət dəmir yol şəbəkəsi ilə bağlıdır, yenidən qurulma üzrə işlər görülür. Bununla bərabər həm Zirə, həm də Maştağa istiqamətində dəmir yol xətlərinin bərpa və yenidən qurulması ilə bağlı məsələ Baş planda öz əksini tapıb, – deyə sədr müavini əlavə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki