Avropa Kosmik Agentliyi Yerin maqnit sahəsinin zəif sahəsi olan Cənubi Atlantika Anomaliyasının əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.
Doğru.az xəbər verir ki, alimlərin apardığı müşahidələrə əsasən, bu anomal zonanın sahəsi 2014-cü ildən etibarən kontinental Avropanın yarısı qədər əraziyə qədər genişlənib. Bu nəticələr Swarm peyk bürcünün 11 illik ölçmələri əsasında əldə olunub.
Mütəxəssislər bildiriblər ki, genişlənmə əsasən Afrika istiqamətinə doğru gedir. Geomaqnetizm üzrə professor Chris Finley qeyd edib:
“Bu bölgədə sahənin daha da zəifləməsinə səbəb olan xüsusi bir mexanizm var. Cənubi Atlantika Anomaliyasının altında biz maqnit sahəsinin nüvədən çıxmaq əvəzinə onun içinə çəkildiyi gözlənilməz bölgələri görürük.”
Alimlər xəbərdarlıq edirlər ki, anomaliyanın genişlənməsi peyklərin artan radiasiya təsirinə məruz qalmasına, avadanlıqların sıradan çıxmasına və aviator uçuş əməliyyatlarında risklərin artmasına səbəb ola bilər.
Xatırladaq ki, bundan əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu son 24 saatda 15 günəş alışmasının qeydə alındığını bildirmişdi.
DOĞRU.AZ