image-n1karobka_ads
image-123
image-upload-ria_8557153-pic_32ratio_900x600-900x600-11419backend

Zaxarova Vaşinqtonu F-35-in Ukrayna üzərində uçuşlarını şərh etməyə çağırıb

Ağ Ev və ABŞ Dövlət Departamenti Amerika F-35 qırıcılarının Ukrayna ərazisi üzərində uçması ilə bağlı xəbərlərə cavab verməlidir.

TASS xəbər verir ki, bu çağırışla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Biz həqiqətən ümid edirik ki, bu günlərdə, bəlkə bu gün və ya sabah Ağ Ev və Dövlət Departamenti öz jurnalistlərinin müasir F-35 qırıcılarının uçuşları ilə bağlı sualına cavab verəcəklər”, – departament sözçüsü qeyd edib.

Zaxarovanın sözlərinə görə, ABŞ-ın Ukraynadakı hərbi təyyarələri mövzusu “Amerika auditoriyası üçün maraqlıdır”. Xarici İşlər Nazirliyinin nümayəndəsi belə qənaətə gəlib ki, Amerika nəşrləri və televiziya kanalları da Vaşinqtonun “hadisələrin bu cür inkişafını necə hiss etdiyini” bilmək istəyirlər.

Qeyd edək ki, martın 4-də Sinqapurun müdafiə naziri Ng Eng Hen bildirib ki, Birləşmiş Ştatlar bu yaxınlarda Ukraynadakı Rusiya bölmələrinin yerüstü raket obyektlərini aşkar etmək və müəyyən etmək üçün F-35-lərdən istifadə edib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki