Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Şimali Atlantika Alyansına (NATO) qoşulmaq istəklərindən imtina etdiyini bəyan edərək mövcud geosiyasi reallıqları etiraf edib.
Doğru.az xəbər verir ki, bu barədə Britaniyanın “UnHerd” nəşrində dərc olunan məqalədə qeyd olunur. Nəşr vurğulayır ki, Zelenskinin səsləndirdiyi mövqe sadəcə güzəşt kimi qiymətləndirilməməlidir. Bildirilir ki, bu addım daha çox beynəlxalq siyasi vəziyyətin qəbul edilməsi və real şərtlərin nəzərə alınması kimi dəyərləndirilməlidir.
“Zelenskinin təklifi kompromisdən daha çox geosiyasi reallığın tanınmasıdır”, – deyə məqalədə qeyd olunur.
Xatırladaq ki, daha əvvəl Almaniyanın “Bild” qəzeti mənbələrə istinadən Kiyevin NATO üzvlüyündən imtina etməsi və ölkədə seçkilərin keçirilməsi ehtimalını istisna etmədiyini yazmışdı.
DOĞRU.AZ




























