image-ads_n1karobka_mobile
image-zy7backend

“Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verildi

image-add-a-heading

Mayın 18-də Zəngilan rayonunda yerləşən Oxçuçay çayı üzərində inşa edilmiş “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları rəsmi şəkildə istismara verilib.

Energetika Nazirliyindən Doğru.az-a verilən məlumata görə, hər iki stansiyanın ümumi gücü 10,5 meqavat təşkil edir. Həm “Zəngilan”, həm də “Şayıflı” KSES hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir.

Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Zəngilan” kiçik su elektrik stansiyasında 25,1 milyon kilovat-saat, “Şayıflı” stansiyasında isə 29,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Bu layihələr işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması istiqamətində atılan mühüm addımlardandır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki