image-2000x150px
image-123
image-ads_atlas
image-qezabackend

Zəngilanda minik və yük avtomobilləri toqquşdu

image-728x90px

Bu gün İbrahimov Emin Ramiz oğlu idarə etdiyi 90-PZ-976 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı minik avtomobili Ağbənd istiqamətində hərəkət edən zaman yolun kənarında dayanmış “Maz” markalı yük avtomobilinə çırpılıb.

APA xəbər verir ki, hadisə Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci kilometrində baş verib.

Nəticədə minik avtomobilinin sərnişini – Ağdaş rayon sakini 1972-ci il təvəllüdlü Şəmsəddin Vaqif oğlu Sədiyev hadisə yerində ölüb. Sərnişinlər – 1995-ci il təvəllüdlü Təbriz Tamis oğlu Əsədov, 1992-ci il təvəllüdlü Natiq Aydın oğlu Bayramov və 1995-ci il təvəllüdlü Vüsal Xəqani oğlu İsmayılov və sürücü – 1988-ci il təvəllüdlü Emin Ramiz oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki