“Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan məşqçiliyə qayıdacağını açıqlayıb.
“Əgər fasilə gəlibsə, deməli, lazımdır. Baş verənləri qəbul etməli və bundan sonra nə olacağını görməliyik. Ümid edirəm ki, tezliklə yenidən məşq edə biləcəyəm. Adrenalin üçün darıxıram”, – Zidan deyib.
Fransız mütəxəssis 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”i çalışdırıb. Bu müddət ərzində o, komandanı iki dəfə Liqa çempionu edib, iki dəfə İspaniya Superkubokunu və iki dəfə UEFA Super Kubokunu qazanıb, iki dəfə Klublararası Dünya Kubokunu qazanıb və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Mənbə: Sport.ru