“10-11-ci sinif şagirdləri hələ ki, dərslərini onlayn şəkildə davam etdirəcəklər. Vaxt müəyyən olunmayıb, amma mərhələ-mərhələ ona doğru da gedirik”.
Doğru.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bu gün keçirilən brifinqdə bildirib.
V.Yaqublu qeyd edib ki, fevralın 15-dək sözügedən siniflərin əyani təhsilə cəlb olunması ilə bağlı müvafiq qərarlar veriləcək.