image-n1karobka_ads
image-123
image-1734606307611965440_1200x630backend

Bakıda kitab festivalı keçirilib – FOTOLAR

image-ad_qayo_720x110px

Kitab festivalları, ənənəvi olaraq, kitablara marağı olan və oxucularla yayımcılar arasında əlaqə yaradan mühüm bir hadisədir. Kitab festivalı, dərin mənanın, bədii incəsənətin və fikirlərin  paylaşılmasını həyata keçirən ən gözəl  tədbirlərdən biridir.  Festivallar, oxucularla, yazarlarla və yaradıcı insanlarla bir araya gəlmə şansı verir, eyni zamanda  bir neçə gün boyu oxucuları müxtəlif kitablar təqdim edilir.

Doğru.az xəbər verir ki, bu gün Bakıda gözlənilən kitab festivalı öz qapılarını oxuyucularının üzünə açıb.  I Bakı Kitab Festivalı, Bakı İdman Sarayında  “Azərbaycan Nəşriyyatçılar Assosiasiyası” İctimai Birliyi  (ANAİB) tərəfindən Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilib.

Festival “Yeni ilə yeni kitablarla!” şüarı altında keçirilir. Burada ANAİB üzvləri də daxil olmaqla 30-dan çox nəşriyyat təmsil olunur. Festivalda, həmçinin yerli qəzet və jurnallar öz çap məhsullarını nümayiş etdirir.

Festivalın açılış mərasimində  Xalq şairi Sabir Rüstəmxanlı, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Fazil Mustafa, Mətbuat Şurasının sədri Rəşad Məcid və Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov çıxışlarında kitab və mütaliənin əhəmiyyətini, cəmiyyətin inkişafındakı rolunu vurğulayıb, eləcə də təhsilin əhəmiyyətini diqqətə çatdırıblar.

image-17346063073475511441_1200x630 image-1734606307377443464_1200x630 image-17346063074071618571_1200x630 image-17346063074238546683_1200x630 image-17346063074718739909_1200x630 image-1734606307611965440_1200x630

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki