2027-ci ilə qədər bəzi bürclər üçün sevgi, ailə və şəxsi münasibətlər sahəsində yeni və uğurlu dövr başlayacaq.
Metbuat.az xəbər verir ki, Qoç və yüksələn Qoçlar üçün qarşıdakı dövr xüsusilə ailə həyatı baxımından əhəmiyyətli olacaq. Bu bürc sahiblərinin bir qisminin evlilik qərarı verəcəyi, evli olanların isə ailələrini böyüdəcəyi gözlənilir.
Oxatan və yüksələn Oxatanlar üçün isə münasibətlərdə arzulanan romantik uyğunluğun ön plana çıxacağı qeyd olunur. Şərhlərə əsasən, bu bürc sahibləri üçün əsas məsələ öz dəyərlərini daha aydın görmək və münasibətlərdə sərhədlərini qorumaq olacaq. Xüsusilə onları dəyərsiz hiss etdirən insanlara qarşı daha aydın mövqe sərgiləmələri tövsiyə edilir.
Balıq və yüksələn Balıqlar üçün son illərin emosional baxımdan daha çətin keçdiyi vurğulanır. Astroloji yanaşmaya görə, son üç ildə sevgi və münasibətlər mövzusunda ən çox yüklənən bürclərdən biri məhz Balıq olub. Ancaq 2026-cı ilin bu bürc üçün yeni başlanğıclar ili olacağı bildirilir.
Buğa və yüksələn Buğalar üçün isə maddi və mənəvi baxımdan dəstək verəcək bir insanın həyatlarına daxil ola biləcəyi ehtimal edilir. Bununla belə, astroloqlar Buğa bürcünə bu dəstəyi vaxtında görmək və düzgün qiymətləndirmək üçün daha diqqətli olmağı tövsiyə edirlər.
Astroloji proqnozlara əsasən, qarşıdakı dövrdə xüsusilə Qoç, Oxatan, Balıq və Buğa bürcləri üçün şəxsi həyat və münasibətlər sahəsində önəmli dəyişikliklər gözlənilir.
DOĞRU.AZ


























