image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-09-13t182213-656backend

Leyla Əliyevanın təşəbbüsü ilə 15 əlaçı tələbə təqaüd alacaq

image-728x90px

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycandan olan 15 tələbə RAGB-nin “AMOR Əlaçı Təqaüdü” müsabiqəsinin qalibləri siyahısına daxil edilib.

Bu barədə RAGB-in mətbuat xidməti məlumat yayıb.

Rusiya Azərbaycanlı Gənclər Birliyi artıq dördüncü ildir ki, Rusiya universitetlərində təhsil alan tələbələrə maliyyə dəstəyi verir.

Xatırladaq ki, 2019-cu ildən bəri “AMOR Əlaçı Təqaüdü”nü 46 tələbə qazanıb. Rusiya universitetlərinin bakalavr və ya magistr proqramları üzrə əyani təhsil alan azərbaycanlı əlaçılar bu təqaüdə müraciət edə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki