image-2000x150px
image-123
image-ads_atlas
image-550d19c0-052d-39d4-a966-315b48cfc982_850backend

Təl-Əvivdə “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi keçirilir

image-728x90px

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İsrailin paytaxtı Təl-Əvivdəki nümayəndəliyinin ofisində “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı baş tutub.

Doğru.az agentliyə istinadən xəbər verir ki, sərgidə İsrailin tanınmış fotoqraflarından olan Viktor Zislinin bələdçiliyi ilə Azərbaycana səyahət edən İsrail fotoqraflarının əsərləri nümayiş olunub.

Azərbaycana səfərlər zamanı çəkilmiş fotolar arasından seçilən 20 ən uğurlu foto Bakı və Azərbaycanın digər regionlarının mənzərələrini, təbiətini, tarixi və müasir memarlıq abidələrini əks etdirir.

Tədbir çərçivəsində Viktor Zislin və digər fotoqraflar öz çıxışlarında şəkillərin çəkildiyi məkanlar haqqında məlumat verərək, təəssüratları bölüşüblər.

“Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi 8-29 iyun tarixlərində Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhəridə, “Herbert Samuel 10” ünvanında yerləşən nümayəndəlik ofisində ictimaiyyətin ziyarətinə açılacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki