image-2000x150px
image-123
image-ads_atlas
image-03bad12d-1dd3-3bd2-a02a-d1b3400cfd53_850backend

ABŞ-ın paytaxtında Hüseyn Cavidin anım günü elan edilib – BƏYANNAMƏ

image-728x90px

ABŞ-ın paytaxtı Vaşinqtonda oktyabrın 24-ü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyi münasibətilə anım günü elan edilib.

Bu barədə Vaşinqton meri Muriel Bauzer bəyannamə imzalayıb.

Bəyannamədə XX əsrdə yaşamış görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı və irsi ehtiramla yad edilir.

Vaşonqton meri Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında mütərəqqi romantizmin banilərindən biri olduğunu, onun azad və ədalətli dünya, ədalətsizlik və ayrı-seçkiliklə mübarizə ideallarının günümüzün qlobal çağırışlarını əks etdirdiyini qeyd edib, görkəmli şairin 1956-cı ildə rəsmi olaraq bəraət aldığını vurğulayıb.

Mer vurğulayıb ki, Hüseyn Cavidin Amerika-Azərbaycan Ticarət Palatasının binasında quraşdırılmış xatirə barelyefi Azərbaycan xalqı ilə yanaşı Vaşinqton sakinlərinin ayrı-seçkiliyə qarşı mübarizə ideyalarını simvolizə edir.

“Azərbaycan diasporunun dünyada 50 milyona yaxın nümayəndəsi var. Vaşinqton, Kolumbiya dairəsi azərbaycanlıların öz evləri adlandırdıqları ABŞ-ın 10 ən böyük şəhərindən biridir”, – Vaşinqton meri diqqətə çatdırıb.

“Bütün bunları nəzərə alaraq, mən – Vaşinqton şəhərinin meri 24 oktyabr 2022-ci il tarixini Hüseyn Cavidin xatirə günü elan edirəm”, – Muriel Bauzer qeyd edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki