image-n1karobka_ads
image-123
image-1574709436backend

ABŞ senatoru bir sıra ştatları Kanadaya birləşdirməyi təklif etdi

ABŞ senatoru Liz Kruger ABŞ-ın şimal-şərqindəki bir sıra ştatların Kanadaya birləşdirilməsini təklif edib.

Bu barədə Newsweek yazır.

Onun sözlərinə görə, bu, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtması ilə bağlıdır.

Senator iddia edir ki, Trampın seçilməsi ilə liberal ştatlar miqrant sığınacaqları statusuna görə federal maliyyənin kəsilməsi ilə üzləşə bilər. O qeyd edib ki, bu cür tədbirlər artıq Tramp komandası tərəfindən müzakirə olunur.

Tramp əvvəllər onun administrasiyasının ordudan istifadə etməyə və qeyri-qanuni miqrantların kütləvi deportasiyası üçün fövqəladə vəziyyət elan etməyə hazır olduğunu təsdiqləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki