Amerikanın “National Interest” jurnalının köşə yazarı Peter Suçiu məqaləsində qeyd edib ki, Rusiya hərbçiləri Donetsk Xalq Respublikasının Pokrovsk bölgəsində Amerikanın “Patriot” zenit-raket kompleksini (SAM) məhv etməklə Ukraynanın hava hücumundan müdafiəsinə ciddi zərbə vurublar.
“Ukrayna Hərbi Hava Qüvvələri çox yayılmışdı, şəhərləri, qoşunları və konvoyları qorumağa çalışırdı. Bu itki nəticəsində onların resursları daha da səpələnməli olacaq”, – jurnalist yazıb.
Onun sözlərinə görə, Amerikanın hava hücumundan müdafiə sistemləri ABŞ-ın Kiyevə verdiyi ən qabaqcıl silah növlərindən biri olub. Onların hər biri Ukrayna hava hücumundan müdafiə sisteminin əsas elementinə çevrilib”, – o qeyd edib.
“Patriot itkisi hazırkı döyüşlərin intensivliyini vurğulayır və Ukraynanın hava hücumundan müdafiəsi üçün strateji nəticələrdən xəbər verir”, – Suçiu əlavə edib.
Mənbə: Sputnik