Abxaziya respublikada keçiriləcək parlament seçkiləri zamanı təxribat riski ilə əlaqədar oktyabrın 23-dən 30-dək Gürcüstanla dövlət sərhədinin keçməsini dayandıracaq.
Dövlət Təhlükəsizliyi Xidməti oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri zamanı radikal qüvvələrin mümkün təxribatları ilə əlaqədar 2024-cü il oktyabrın 23-dən 30-dək Abxaziya-Gürcüstan sərhədində vətəndaşların keçidini müvəqqəti dayandırmağı təklif edib.
Bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili müxalifətin parlament seçkilərindən sonra konstitusiya çevrilişi etmək planlarını açıqlamışdı.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti parlament seçkiləri öncəsi ölkədə hökumət nümayəndələrinin saxta audio və video yazılarının yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Mənbə TASS