Azərbaycan Dəmir Yolları Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində şəhərətrafı və ölkədaxili marşrutlar üzrə 53 mindən çox sərnişin daşıyıb.
ADY-dən Doğru.az-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ən böyük artım Bakı-Ağstafa-Bakı marşrutu ilə səfər edən sərnişinlərin sayında olub.
Bu il bayram günləri münasibətilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilmədiyindən sərnişin sayı ötən ilə nisbətən az olub.
DOĞRU.AZ