image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210413_201020_551backend

AFFA 4 klubu cərimələdi

image-728x90px
AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasda yeni qərarlar qəbul edib.

Doğru.az PFL-in saytına istinadən xəbər verir ki, Premyer Liqanın 22-ci turunun oyunlarnın müzakirəsindən sonra 4 klub cərimələnib. “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Səbail” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Səbail” klubunun 28 nömrəli futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Keşlə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün 800 manat cərimə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki