ABŞ hökumətinin bağlanması fonunda kütləvi ixtisarların gözlənildiyi departamentlərin siyahısı hazırlanıb.
Doğru.az xəbər verir ki, CNN məlumatına görə, federal işdən çıxarılmaların siyahısı oktyabrın 3-ü, cümə günü elan ediləcək. Əgər bu baş tutmasa, mesajın oktyabrın 4-ü və ya 5-də açıqlanacağı bildirilir.
Məlumata əsasən, administrasiya ixtisarların bəzi təfərrüatlarını hələ də yekunlaşdırır. Siyahı əsasən İdarəetmə və Büdcə İdarəsi tərəfindən hədəf qurumlarla razılaşdırılaraq hazırlanıb.
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson isə daha əvvəl bildirib ki, prezident Donald Tramp hökumətin bağlanması fonunda minlərlə federal işçini qanuni olaraq işdən çıxarmaq hüququna malikdir.
Eyni zamanda, Federal Təhqiqatlar Bürosu (FTB) Agentləri Assosiasiyası hökumətin bağlanmasının ABŞ milli təhlükəsizliyi üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
DOĞRU.AZ