Ağdam, 9 dekabr – Dövlət Məşğulluq Agentliyinin Qarabağ Məşğulluq Filialı və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quzanlı qəsəbəsində əmək yarmarkası keçirilib.
Doğru.az xəbər verir ki, yarmarkada filial tərəfindən təqdim olunan vakansiyalar Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində qeydiyyatda olan 222 işsiz və işaxtaran şəxs üçün nəzərdən keçirilib və uyğun namizədlər tədbirə cəlb olunub.
Tədbirdə 10 müəssisə ümumilikdə 85 boş iş yerini təqdim edib. İşəgötürənlər vakansiyalara müraciət edən şəxslərin CV-lərini qəbul edərək nəzərdən keçirib və uyğun namizədləri növbəti mərhələyə dəvət ediblər.
DOĞRU.AZ




























