image-n1karobka_ads
image-123
image-1765539789193933396_1200x630backend

Ağstafada Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub – FOTO

image-ad_qayo_720x110px

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da silsilə tədbirlərlə anılıb.

Doğru.az xəbər verir ki, tədbirlər əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsinin ziyarəti ilə başlayıb. Ağstafalılar abidə önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsinə sonsuz məhəbbət və böyük ehtiramlarını bildiriblər.

Ziyarətdən sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşələrlə tanışlıq olub. Daha sonra Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov çıxışında bildirib ki, xalqımız və gələcək nəsillər ağır və taleyüklü dönəmlərdə Ümummilli Liderin xilaskarlıq missiyasını həmişə dərin minnətdarlıqla xatırlayacaq. İşğal altında olan torpaqlarımızın azad olunması və Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsi məhz Heydər Əliyevin dövlətçilik ideyalarının uğurla davam etdirilməsinin nəticəsidir.

Tədbirdə Ağstafa rayon Məhkəməsinin sədri Natiq Abbasov, Əməkdar müəllim İndira Vəliyeva, Aqrar İnkişaf Mərkəzinin müdir müavini Elvin Musayev, Meliorasiya və Su Təsərrüfatı İdarəsinin və Mərkəzi Xəstəxananın məsul əməkdaşları, həmçinin rayon ağsaqqalı Fəxrəddin Səfiyev çıxış edərək Ulu Öndərin ölkə və xalq qarşısındakı xidmətlərini xatırlayıblar.

Sonda Ağstafa rayon ümumtəhsil məktəblərinin şagirdləri Xalq şairi Zəlimxan Yaqubun “Görən torpaq bilirmi?” şeirindən hazırlanmış kompozisiyanı nümayiş etdirərək Ulu Öndərin xatirəsini bir daha yad ediblər.

DOĞRU.AZ

image-17655397895052350519_1200x630 image-17655397891841520309_1200x630 image-17655397895820755585_1200x630 image-17655397894649254405_1200x630 image-17655397893282340655_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki