Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, komitə əməkdaşları abidə önünə gül dəstələri qoyaraq, Ümummilli Liderin əziz xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı Heydər Əliyevin xalq qarşısında xidmətləri və ölkəmizin inkişafındakı misilsiz rolu bir daha vurğulanıb.
Komitənin rəhbərliyi bildirib ki, bu cür anma tədbirləri gələcək nəsillərə Ulu Öndərin ideyalarını çatdırmaq və onun irsini yaşatmaq baxımından böyük əhəmiyyət daşıyır.
DOĞRU.AZ





























